Finss.az - 26 avqust 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi kompüter və digər avadanlıqların satın alınması üzrə müsabiqə elan edib. Satınalmanın ümumi ehtimal olunan dəyəri 188.381,10 manat təşkil edir.
Müsabiqə çərçivəsində alınması nəzərdə tutulan avadanlıqlar:
- 22 ədəd monoblok kompüter
- 3 ədəd Wi-Fi və Ethernet dəstəyi olan 3-in-1 printer
- 15 ədəd printer T13
- 10 ədəd simsiz siçan
- 2 ədəd barkod oxuyucu
- 2 ədəd barkod yazıcı
Avadanlıqlar yüksək texniki göstəricilərə malik olmalı və istifadə zamanı zəmanət təmin edilməlidir.
Təkliflərin qəbulu və zərflərin açılışı 16 sentyabr 2025-ci il saat 16:00-da baş tutacaq. İştirakçılar üçün iştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Ödənişlər geri qaytarılmır.
Əlavə məlumat üçün təsərrüfat müdiri Sərxan Novruzov ilə [email protected] elektron poçt ünvanı və ya +994 60 221 13 13 telefonu vasitəsilə əlaqə saxlamaq mümkündür.
Fuad Mədətov
Finss.az